Şimali və Cənubi Koreya arasındakı kommunikasiya açıldı

Şimali Koreya ilə Cənubi Koreya arasında son bir ildə bağlanmış rabitə kanalları yenidən açılıb.

Sozcu.az xəbər verir ki, bu barədə Cənubi Koreya Prezident Aparatı rəsmi açıqlama yayıb.

Açıqlamada iki ölkə arasındakı rəsmi kommunikasiya xətlərinin aktivləşdirildiyi və ikitərəfli münasibətlərin ən qısa müddətdə bərpa olunacağına ümid edildiyi bildirilib.

Şimali Koreyanın dövlət agentliyi də Cənubi Koreyanın rəsmi açıqlamasını təsdiqləyib.

Qeyd edək ki, ötən il Şimali Koreya hökuməti Cənubi Koreya fəallarının dəniz yolu ilə Şimali Koreya sərhədinə etiraz göndərmələrinə qarşı tədbir ala bilmədikdən sonra Cənubi Koreya ilə əlaqə kanallarını bağlamağa qərar vermişdi.

Facebook Comments