Abbas Lisaniyə telefon qadağası götürüldü

24 iyun (2 mordad) aksiyaları öncəsi Güney Azərbaycan şəhərlərində milli-mədəni fəallara qarşı təzyiqlə artmışdı. Aksiya öncəsi Ərdəbil həbsxanasında saxlanılan milli fəal Abbas Lisaniyə telefon qadağası qoyulmuşdu.

Qadağaya əsasən o, doğmaları ilə əlaqə yarada bilməzdi.

“Abbas Lisani” sosial media qrupunun yaydığı xəbə görə aksiyalardan sonra onun 4 iyul tarixində yenidən ailəsi ilə telefon əlaqəsi saxlamaq hüququndan istifadə edə bilib.

Bundan öncə Qarabağın azadlığı uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin apardığı əməliyyatlar zamanı, həmçinin Güney azərbaycanlı fəallar Qarabağa dəstək aksiya keçirən dönəmdə də Abbas bəyin telefon rabitəsinə və ailəsi ilə görüşünə qadağa qoyulmuşdu.

İnsan hüquqlarına zidd olan bu hərəkət İranın təhlükəsizlik qurumlarının məsələlərlə bağlı fəal və siyasi məhbusların öz mövqelərini bildirməsindən çəkindiyini göstərir.

A.Lisani bundan öncə İran televizyasında azərbaycanlıları aşağılayan “Fitilə” verilişinə etiraz edənlərə dəstək məqsədilə həbsxanadan 5 dəqiqə 53 saniyəlik səsli mesaj göndərmiş, buna görə rejimin qəzəbinə gəlmişdi.

Abbas Lisani cəza olaraq həbs müddətinin qalan hissəsini çəkmək üçün Şirazın “Adilabad” həbsxanasına sürgün edilmişdi.

Facebook Comments