“Utanıb çəkinmədən Nicatı müharibəyə bu evdən aparıblar” – FOTOLAR

Vətən müharibəsi iştirakçısı Göyçay rayon sakini Əliyev Nicat Əbilağa oğlu anası ilə birlikdə çölün düzündə suyu və qazı olmayan bu uçuq-sökük daxmada aclıq səfalət içində yaşayır.Günlərlə çörək tapmayan aclıq içində yaşayan bu ailəyə rayon rəhbərliyi kömək etmək istəmir.Ancaq utanıb çəkinmədən Nicatı müharibəyə bu evdən aparıblar. Bu mənzərədən icra başçısı Mehdi Səlimzadə utanıb xəcalət çəkirmi ?

Mənə bu suala cavab verilməsi yox bu ailəyə köməklik edilməsi lazımdır. Vicdanı və qeyrəti olan imkanlı şəxslərdən xahiş edirəm bu ailəyə köməklik göstərin.Nicat daş bazarında fəhləlik edir.Orada da bir gün iş olur 5 gün olmur.

Nicatın əlaqə telefonu; 050 667-19-11

Fuad Hüseynov, jurnalist

Facebook Comments