“Gərək donuz kimi vurub çıxarasan, vəssalam!” – Rasim Balayev

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti dəfə təxribat törədib.

İyulun 26-sı saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub.

Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev qeyd edib ki, ermənilərlə danışıqlar aparmağın heç bir mənası yoxdur.

Aktyorun sözlərinə görə, düşməni yalnız silah gücünə uzaqlaşdırmaq mümkündür:

“Yalnız Ali Baş Komandanımız, Müdafiə nazirimiz yenidən ermənilərə döyüşlə cavab verib-verməməklə bağlı qərar verə bilərlər. Amma mən bir sənətçi kimi deyə bilərəm ki, bunlarla danışıqlar aparmağın heç bir xeyri yoxdur. Onlar öyrəniblər ki, zopa ilə anlasınlar. Yalnız zopa ilə vurub çıxartmaq olar. Necə ki, donuz gəlib hər hansı həyətə girirsə, onu xahişlə, söhbətlə çıxarmaq olmur, eləcə də erməniləri olmayacaq. Onlar da belə millətdirlər, gərək donuz kimi vurub çıxarasan vəssalam!”.

Facebook Comments