Rəsul Quliyev onlara “İran agentləri” dedi

“Mən ümumiyyətlə dindar deyiləm və mənim fikrimcə azərbaycanlıların ən azı 80-90 faizi dindar deyildir. Mən bir çox azərbaycanlı kimi dini adət ənənələrə əməl edirəm , ancaq dünyanı dinin idarə etdiyini qəbul etmirəm. Müsəlman dini sayına görə 2-ci və ya 3-cü dindir. Əgər Allah bizim, ümumiyyətlə dünya əhalisinin azı yarısının qəbul etdiyi kimi təkdir və dünyada baş verən hadisələri idarə edirsə deməli bütün dinləri o cümlədən oda inanmaq, buddizm, induizm, , xristianlıq,müsəlman və bir sıra başqa dinləri o yaradıb.Müqəddəs kitablarda da Allahın bir başa bu dinlərin yaradıcılar (peyğəmbərləri ) ilə danışdıqları göstərilir”.

Sozcu.az xəbər verir ki, bunu ABŞ-da mühacirətdə yaşayan eks spiker Rəsul Quliyev deyib:

“Sonradan İslam,Xristiyanlıq və başqa dinlərin 10-larla qollarını yaradıb. İran 16-cı əsrə qədər sünnü müsəlman olub. Şiyəlik Şah İsmail Xətaidən başlayır. Və islam dininə qulluq edənlərin təqribən 15 faizini təşkil edir. 1979-cu ildən İran şiyəliyi başqa ölkələrin şiyəliyindən qismən fərqlənir. O cümlədən Azərbaycanda liberal şiyəlik mövcuddur. Çox təəssüf İranın başında durmuş Azərbaycanlı şiyə Xomeniyi siyasəti ilə Ermənistanla dostluq edir, Azərbaycanın Türkiyə və başqa ərəb ölkələri ilə dostluğunu qəbul etmir. İranın belə bir siyasət aparması yeni deyildir, azı 30 il yaşı var. Türkiyənin cumhur başqanı Turqut Ozal Azərbaycanın yanında dayananda, İran Ermənistana yanacaq məhsulları, qaz vermək barədə düşünürdü. Ermənistanın xarici ticarətinin əsası İranladır. Azərbaycanın son müharibəsində də İran Azərbaycan qələbə çalana qədər ağzına su alıb dayanmışdı.

İran bizim böyük qonşumuzdur. 19-cu əsrə qədər bizim İranla tariximiz eynidir. İran dünyanın, xüsusilə Azərbaycanın dəyişdiyini anlamalıdır. Əsl dostluq, qardaşlıq əlaqələrini yratmalıdır. Nəzərə almalıdır ki, Azərbaycan heç vaxt İranın əleyhinə siyasət aparmayıb. İranın bu günə qədər Azərbaycana qarşı yürüdülmüş yaramaz siyasətini anlamayanlar nadan adamlardır və onlar Azərbaycanda yüksək vəzifələr daşıya bilməz. Bu tip insanlar faktiki İranın agentləridir”.

Facebook Comments