“Evə ürəyiniz gəlməsə, bahalı avtolarınızdan birini satıb həmin ailəyə ev ala bilərsiniz…”

Şəhidimiz, əzizimiz Qalib Nuruzadənin doğulduğu, əsgər getdiyi, mübarək nəşinin gətirildiyi evdir. 1-ci və 2-ci binalardan ev alıb 3-cünü şəhid ailələrinə verməyi tələb edən jurnalistlər və jurnalistkalar, media kapitanları və kapitankaları, bilirəm, “şəhid”, “vətən”, “millət” sözlərini eşidəndə gözünüz yaşarır, pis olursunuz, halınız xarablaşır, dünya və onun malı gözünüzdə qara sentlik olmur. Mal-mülkünüzdə gözüm yoxdur, amma görürəm ki, maşallah, İstanbuldan, Bodrumdan, Antalyadan belə evləriniz var. Biriniz çıxıb birini o ailəyə versin, biz də baxıb sevinək. Evə ürəyiniz gəlməsə, bahalı avtolarınızdan birini satıb ev ala bilərsiniz. Di, haydı, igidlər və igidələr…

Famil Cəfərli, Jurnalist

Facebook Comments