Türkiyə ordusu 2 şəhid verdi

“Fərat qalxanı” bölgəsində terrorçular tərəfindən Türkiyə ordusuna hücum edilib.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Hücum nəticəsində 2 türk hərbçisi şəhid olub, 2-si isə yaralanıb. Dərhal terrorçuların mövqeyi müəyyənləşdirilərək atəş açılıb və hədəflər dəqiqliklə vurulub”, – məlumatda bildirilib.

Facebook Comments