Tovuzda maşın çaya aşdı, ata-oğul ağır yaralandı

Tovuz rayonunda idarəetməni itirən sürücü avtomobili çaya aşırıb.

Sozcu.az xəbər verir ki, hadisə rayonun Qəribli kəndində baş verib.

Qəza zamanı 20 yaşlı Mayıl Rizvan oğlu Məmmədov və atası 1985-ci il təvəllüdlü Rizvan Rafiq oğlu Məmmədov xəsarət alıb. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və vəziyyətləri orta ağırdır.

Facebook Comments