Türkiyədə koronavirusla bağlı son durum

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 60 nəfər vəfat edib.

Sozcu.az-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 219 528 nəfər test edilib, 11 094 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 5 215 nəfər sağalıb.

Facebook Comments