Bezos: Ekologiyaya zərər vuran sənayeni kosmosa köçürək

“Amazon” şirkətinin təsisçisi Cef Bezos ekologiyaya zərər vuran bütün sənayeni orbitə köçürməyi təklif edib.

Sozcu.az xəbər verir ki, Bezos bunun Yeri çirklənmədən qorumağın mümkün olacağını söyləyib.

“Planetə baxanda sərhəd görmürsən. Bu, hər kəs üçün yeganə planetdir və kövrəkdir. Biz belə möhtəşəm planetdə yaşayırıq.

Planetin xilası üçün ekologiyaya zərərli bütün sənayeni kosmosa köçürmək lazımdır. Bunun reallaşdırılmasına on illərlə vaxt gedəcək, amma bunu etməyə başlamaq lazımdır”, – deyə o bildirib.

Facebook Comments