Qəzvində torpağın 17 sm çökməsi ciddi təhlükələrdən xəbər verir

Qəzvin əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı problemin düşünüldüyündən daha ciddi olduğu barədə xəbərdarlıq edib.

Qəzvin əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Qudrətullah Mehdixani ölkədə aparılan son geoloji tədqiqatlara görə, ümumilikdə Qəzvin əyalətində, özəlliklə Qəzvin düzənliyində torpağın 3-17 sm çökməsi barədə danışıb. O, bunun daha ciddi ekoloji qəbul edilməli olduğunu deyib.

Mehdixani bu gün mətbuata verdiyi müsahibədə “Qəzvində baş verən torpaq çökməsinin 45%-i Qəzvin çölündə baş verir və Avuc rayonundan başqa əyalətin hər beş rayonunda bu ekoloji problem baş verməkdədir”-deyə, bildirib.

Böhran İdarəetmə Mərkəzinin başçısı torpaq çökməsini səssiz, ancaq təhlükəli, dağıdıcı ekoloji proses adlandıraraq, yerüstü və yeraltı qaynaqlara, infrastruktura ağır ziyanlar vurduğunu, qarşısının alınması üçün isə uzun zamana və böyük vəsaitə ehtiyac olduğunu deyib.

O, problemin dərinliyindən danışaraq bildirib ki, qarşıdakı illərdə normal yağıntıların yağacağı halda da, hazırkı torpaq çökməsinin törətdiyi fəsadlardan yaxa qurtarmaq mümkün olmayacaq.

Qudrətullah Mehdixani məsul şəxslər və əlaqədar qurumların bu günə kimi məsələyə ciddi yanaşmadıqlarına toxunaraq bildirib ki, “yağıntıların azalması, içməli və əkin sahələrinin suyunu təmin etmək üçün yeraltı su qaynaqlarından qaydasız istufadə, hərtərəfli, dəqiq monitorinqin aparılmaması və peşəkar nəzarətin olmaması məsələnin bu səviyyəyə çatmasına səbəb olub.”

Bununla yanaşı Qazvin əyalətinin Su və Kanalizasiya Şirkətinin İstismar və Su Ehtiyatlarının İnkişafı üzrə sədr müavini Eynullah Ramazani də, “İRNA” informasiya agentliyinə verdiyi açıqlamada “belə davam edərsə qarşıdakı 10 il ərzində Qəzvin düzənliyi susuz sıhralığa çevrilə bilər”-deyə, yetkili qurumları tədbir görməyə çağırıb.

Ramazni torpaq çökməsini zəlzələdən daha dağıdıcı və ağır xəsarətlərə yol açan ekoloji hadisə kimi dəyərləndirərək, onun yaratdığı fəsadlarının bir çoxunun aradan qaldırılmasının mümkün olmadığını, bölgə əhalisinin məcburi köç etməsinə gətirib çıxara biləcəyini söyləyib.

Qeyd edək ki, İranda ən məhsuldar yerlərdən olan Qəzvin düzənliyi son illər yanlış idarəetmə, yeraltı su qaynaqlarından qaydasız istifadə, ifrat otarma və digər səbəblərdən səhralığa çevrilir, faciəli səviyyədə torpaq çöküntüsünə məruz qalır.

İyulun əvvəllərində Qəzvin əyalətinin valisinin ekologiya məsələləri üzrə müavini Tahirə Pərhizkari Qəzvin düzənliyinin bərpasına yeddi min il vaxt lazım olduğunu demişdi.

Qəzvin düzənliyində ekoloji faciənin təssəvvür edildiyindən daha böyük olduğunu vurğulayan Tahirə Pərhizkari əyalətdə yaşanan fəlakət barədə xəbərdarlıq edib: “Düzənlikdə 4 milimetr torpaq çökməsi faciə elan olunduğu halda, son bir neçə ildə Qəzvin düzənliyində torpaq çöküntüsü 20 santimetrə bərabərdir”.

Facebook Comments