İdmaçımız finala çıxa bilmədi

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio-2020-də mübarizəyə başlayıb.

Sozcu.az xəbər verir ki, o, 10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışına təsnifat mərhələsindən başlayıb. Ruslan Lunyov uğursuz çıxış edərək 547 xalla 20-ci yeri tutub və finala vəsiqə qazana bilməyib. Lunyov 25 metr məsafəyə atəşaçma yarışında da iştirak edəcək.

Xatırladaq ki, bu gün mübarizəyə qoşulan idmançılarımızdan cüdoçular Kəramət Hüseynov (60 kq, 1/8 finalda uduzub) və Aişə Qurbanlı (48 kq, 1/16 finalda uduzub) da Olimpiya Oyunları ilə erkən vidalaşıb. Velorüşçü Elçin Əsədov da finala çata bilməyərək mübarizəni dayandırmalı olub.

Facebook Comments