Prezidentin helikopterini atəşə tutanlar həbs olundu

Kolumbiya hökuməti Prezident İvan Dukeyə, eləcə də hərbi bazaya hücum edən 10 nəfəri həbs edib.

Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Baş prokuroru Fransisko Barbosa məlumat yayıb.

Məlumata görə, hücum Venesuelada yerləşən keçmiş FARC üsyançı liderləri tərəfindən planlaşdırılıb:

“Onlar Cucuta şəhərindəki hərbi bazada avtomobili partladaraq, ABŞ-ın iki hərbi müşaviri daxil olmaqla, 44 nəfəri yaralayıb. İyun ayında isə Prezident Duke və digər rəsmi şəxsləri daşıyan helikopteri atəşə tutublar”.

Facebook Comments