Güneydə bir neçə fəal saxlanılıb və təhlükəsizlik məmurları tərəfindən hədələnib

Təbriz və Urmu şəhərlərində illi fəallar saxlanılıb, onlar təhlükəsizlik məmurları tərəfindən hədələniblər.

Təbriz və Urmu şəhərlərində illi fəallar saxlanılıb, onlar təhlükəsizlik məmurları tərəfindən hədələniblər.

İyulun 22-i, axşam saat 22 radələrində Təbriz şəhərinin 50 kilometrliyində yerləşən Xoca şəhərində 5 milli-mədəni fəal saxlanılıb.

Rəhim Sasaniyan, Yaşar Piri, Sədullah Sasaniyan, Möhsün Abbaspur və Məhəmməd Purəli saxlanıldıqdan sonra “Sepah”ın Təbrizdəki kəşfiyyat və təhlükəsizlik təcridxanasına köçürülüblər.

Bu gün, iyulun 23-ü səhər saat 7-də sərbəst buraxılan milli fəalların mobil telefonları təhlükəsizlik məmurları tərəfindən müsadirə edilib.

Onların yaxınlarının sosial mediada yaydıqları məlumata görə, saxlanma zamanı hökumət məmurları saxlanma barədə heç bir məhkəmə hökmü təqdim etməyiblər. Bu isə məmurlardan məhkəmə hökmü tələb edən fəallarla “Sepah”ın təhlükəsiizlik məmurları arasında qarşıdurmaya səbəb olub.

Fəallar sərbəs buraxıldıqdan sonra bildiriblər ki, barələrində cinayət işi açılmadığı üçün saxlanılma səbəbləri barədə heç bir açıqlama ala bilməyiblər.

Onlar bunun Güney Azərbaycanda sistemli ayrı-seçkilik siyasətlərinə qarşı və Xuzistanda baş qaldıran etiraz aksiyalarına dəstək məqsədilə Güney Azərbaycan şəhərlərində etiraz aksiyalarına çağırışla bağlı olduğunu ehtimal edirlər.

Bununla yanaşı dünən Qərbi Azərbaycan əyalətinin Urmu şəhərində Əkbər Qulizadə və Rza Cəfərlu təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Onlar bir neçə saatlıq dindirmədən sonra sərbəst buraxılıblar.
İyulun 22-i, axşam saatlarında “ETTELAAT”ın yerli məmurları Urmuda yaşayan fəal Əşkan Səadətmehrin iş yerinə hücum ediblər. Fəalı iş yerində tapa bilməyən məmurlar onun evinə müraciə ediblər.
Əşkan Səadətmehr məmurların axtarış və saxlama ilə bağlı məhkəmə icazələri olmadığı üçün qapını açmayıb.

Son iki gün ərzində İranın Təhlükəsizlik Nazirliyinin yerli bölmələrinin bir sıra güneyli milli-mədəni fəallara zəng edib onları hədələyərək hər hansı bir aksiyaya qatılmamaları üçün hədələyiblər.

Qeyd edək ki, Xuzistan əyalətində baş qaldıran “su üsyanı”na dəstək və hökumət məmurlarının dinc əhaliyə qarşı odlu silahdan istifadəsinə etiraz məqsədilə Güney Azərbaycanın müxtəlif şəhərlərində etiraz aksiyalarının keçirilməsinə çağırış edilib.
Sosial media və geniş şəkildə yayılan afişalarda aksiyanın vqustun 2-i, şənbə günü saat 18:00-da keçiriləcəyi bildirilib.

Facebook Comments