Azərbaycanda ana ölümü: Qorxudan statistika

Son 11 ildə Azərbaycanda qeydə alınan ana ölümlərinin sayı açıqlanıb.

Sozcu.az Dövlət Statistika Komitəsinin göstəricilərinə istinadən xəbər verir ki, 2010-2020-ci illərdə respublikada hamiləlik, doğuş zamanı və zahılıq dövründə ölən anaların sayı ümumilikdə 254 nəfər olub.

Belə ki, 2010-cu ildə 26, 2011-ci ildə 27, 2012-ci ildə 26, 2013-cü ildə 25, 2014-cü ildə 25, 2015-ci ildə 24, 2016-cı ildə 22, 2017-ci ildə 21, 2018-ci ildə 17, 2019-cu ildə 21, 2020-ci ildə isə 20 qadın doğuş zamanı və ya zahılıq dövründə dünyasını dəyişib.

Qeyd edək ki, əvvəlki illərdə ana ölümlərinin sayı daha çox olub. Məsələn, 2007-ci ildə 54, 2008-ci ildə 40, 2009-cu ildə 37 nəfər doğuş zamanı və zahılıq dövründə dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, 2021-ci il üzrə yekun statistika ilin sonunda məlum olacaq.

Mütəxəssislər respublikada baş verən ana ölümlərinin rəsmi statistikadakı rəqəmlərdən daha çox olduğu qənaətindədir.

Facebook Comments