“Rusiya Dağlıq Qarabağı tərk etməyəcək”

“Rusiya Dağlıq Qarabağı tərk etməyəcək. Moskva Dağlıq Qarabağla bağlı konkret öhdəliklər götürüb”.

Sozcu.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlara görə, bunu Rusiya Federasiyası Dövlət Dumasının deputatı Konstantin Zatulin söyləyib.

“Biz öz öhdəliklərimizdən boyun qaçırmağa və yayınmağa alışqan deyilik. Başqa sözlə, Rusiyanın bir neçə ildən sonra hər şeydən imtina edəcəyi qorxusu əsassızdır. Bu, Putinin canlı çıxışında da qeyd edildi”- Dumanın ermənipərəst üzvü açıqlamasının ardında belə deyib.

Xatırladaq ki, K.Zatulin Rusiya-Ermənistan “Lazarev” klubunun təsisçisi və lideridir…Moderator.az

Facebook Comments