Azərbaycan Rusiyadan aldığı qatarları geri qaytarıb?

Bakı Metropoliteninin Rusiyadan aldığı yeni vaqonlar yolda olarkən naməlum şəxslər tərəfindən üzərinə qraffiti ilə şəkillər çəkildiyi bildirilir. Bununla bağlı fotolar sosial şəbəkələrdə yayılıb.

Sozcu.az-ın məlumatına görə, Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, vaqon iki hissədən ibarət olmaqla Bakıya yola salınıb: “Bundan əvvəl Bakı metrosunun nümayəndələri vaqonların “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal olunmasını təftiş ediblər. Heç bir problem olmayıb və qatarlar səfərə hazırlanıb. Srağagün birinci, dünən ikinci hissə yola salınıb. Hazırda qatarlar yoldadır və hər hansısa problem yoxdur.

Ümumiyyətlə, qatarların yolboyu saz-sağlam və xətərsiz-problemsiz daşınmasının məsuliyyəti istehsalçı müəssisənin üzərinə düşür. Ümumən qatarlar Bakıya çatdıqda və “Nərimanov” elektrik deposuna daxil olduqda ictimaiyyətə əlavə məlumat veriləcək. Bu, həmişə belə olub və bu dəfə də belə olacaq”.

Qeyd edək ki, yayılan ilkin məlumata görə, Rusiya ərazisində olarkən üzərinə qraffiti çəkildiyi üçün vaqonlar geri qaytarılıb.

Facebook Comments