“Tehranın xüsusi təyinatlıları ilə Şuşanın azad edilməsində böyük fədakarlıqları olub”

Xəbər verdiyimiz kimi ölkə başçısı bir qrup hərbçini medallarla təltif edib. Təltif olunan hərbçilərimizdən biri də Vətən müharibəsində xüsusilə seçilən polkovnik Tehran Mənsimov idi. T.Mənsimov da ölkə başçısı tərəfindən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas T.Mənsimovun və digər hərbçilərimizin təltif edilməsinə görə sevindiyini bildirib:

“Tehran Qarabağ döyüşlərində qəhrəmanlıq edib, böyük şücaət göstərib. Təbii ki, özünün xüsusi təyinatlıları ilə birlikdə düşməni ağır itkilərə məruz qoyub. Düzdü, komandir kimi ləyaqətlə komandirlik edib, vuruşublar və bilirsiniz ki, Şuşanın azad olunmasında böyük fədakarlıqları olub. Sevinirəm ki, Tehranın və digər hərbçilərimizin əməyi Ali Baş Komandan tərəfindən bu cür qiymətləndirilib. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların hər biri qəhrəmandı. Döyüşdülər, torpaqlarımızı işğaldan azad etdilər, canlarından keçdilər, əllərini ayaqlarını itirən hərbçilərimiz oldu. Bu Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan bir qələbədir”.

Facebook Comments