Azərbaycanda taksi istifadəçilərinin sayı kəskin artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda avtobuslarla 408 071,3 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 21,9% azdır.

Dövlət Statistika Komitəsindən Sozcu.az-a verilən məlumata görə, 2020-ci ilin yanvar-may aylarında avtobus nəqliyyatı ilə 522 585,2 min sərnişin daşınıb.

Məlumata görə, hesabat dövründə minik taksilərindən 37 495,1 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 81,6% çoxdur. Belə ki, 2020-ci ilin yanvar-mayında taksi xidmətlərindən 20 650 min nəfər istifadə edib.

Xatırladaq ki, ötən il ölkədə avtobuslarla 1 055 266,9 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 39,4% azdır. Hesabat dövründə minik taksilərinin xidmətindən 44 933,4 min nəfər istifadə edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 37,5% azdır. Azalma koronavirus pandemiyası çərçivəsində ötən ilin aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.

Facebook Comments