Sulduzda avtobus qəzasında yaralanan jurnalist: “Bizi ölməyə göndərmişdiniz?”-VİDEO

Xatırladaq ki, jurnalistlər Urmu Gölünün Bərpası Mərkəzinin dəvəti ilə Urmu gölünün son durumu ilə tanış olmaq üçün bölgəyə səfər ediblər.

İyunun 23-də Qərbi Azərbaycan əyalətinin Sulduz bölgəsində qəzaya uğrayan avtobusun sərnişinlərindən biri. jurnalist xanım, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının başçısı İsa Kəlantəri ilə görüşdü onu sərt tənqid edib.

Jurnalist təşkilat başçısı və hökumət məmurlarını tənqid edərək bildirib: Kəlantəriyə “bu ölkədə jurnalistlər üçün normal bir avtobus tapılmadı ki, bizi istifadəyə yararsız köhnə avtobusla bölgəyə göndərdiniz? Avtobusun əvvəldən tormozu yox imiş, bizi qəsdən öldürmək istəyiblər? Açıqca bildirsinlər ki, sizi öldürmək planımız var idi. Üç gün sonra Məhşad Kərimi gəlin köçəcəkdi.”

Xatırladaq ki, jurnalistlər Urmu Gölünün Bərpası Mərkəzinin dəvəti ilə Urmu gölünün son durumu ilə tanış olmaq üçün bölgəyə səfər ediblər.

Verilən məlumatlara görə, avtobusun əyləci işləməyib. Bunu öncədən bilən sürücü sərnişinlərə “kəmərlərinizi bağlayın əyləc işləmir” dedikdən sonra avtobus yoldan çıxaraq dərəyə yuvarlanıb.

Hadisədə Məhşad Kərimi və Reyhanə Yasini hadisə yerindəcə həyatlarını itiriblər. Müxtəlif informasiya saytları yaralılar barədə fərqli xəbərlər yazsalarda, son olaraq Qərbi Azərbaycan əyalətinin məhkəmə başçısı Nasir Ətəbati yaralıların 21 nəfər olduğunu təsdiq edib.

Ətəbati bu gün səhər saatlarında mətbuata verdiyi açıqlamada “hadisənin baş vermə səbəbini ətraflı araşdırma qüçün” avtobus sürücüsünün saxlanılaraq istintaqa cəlb olunduğunu bildirib.

Facebook Comments