Van Dammın azərbaycanlı gəlininə AĞIR İTKİ

Döyüş sənəti ustası, tanınmış aktyor Jan Klod Van Dammın oğlu ilə evlənən Suada Hacızadəyə ağır itki üz verib.

Sozcu.az “Ölkə.az”a istinadən xəbər verir ki, tanınmış pianoçunun nənəsi Hacıyeva Tamilla Ağahüseyn qızı dünyasını dəyişib.

T.Hacıyeva Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadənin anasıdır.

1938-ci il təvəllüdlü T.Hacıyevanın hansı səbəbdən ölməsi məlum deyil.

Allah rəhmət eləsin!

Facebook Comments