Baş Prokurorluq “Azure” biznes mərkəzindəki intiharla bağlı açıqlama yaydı

Baş Prokurorluq “Azure” biznes mərkəzində baş verən intihar hadisəsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluqdan verilən məlumata görə, iyunun 22-də 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “Polyagro” ofisinin pəncərəsindən özünü ataraq intihar edib.

Faktla bağlı hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır: “Araşdırmanın gedişatı və nəticəsinə uyğun olaraq qanuni qərarın qəbul edilməsi, bu barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək”.

Facebook Comments