Hikmət Mirzəyevlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev general-leytenant Hikmət Mirzəyevi təltif edib.

Sozcu.az-ın xəbərinə görə, dövlət başçısının imzaladığı sərəncamla Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Siyahıda Hikmət Mirzəyevin də adı var.

Facebook Comments