Dənizdə batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Hövsan” və “Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində və bir halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Facebook Comments