Şəmkirli xeyiriyəçi Tural Zeynalov həbs edilib

Bu gün Xeyriyyəçi, müharibə vaxtı var gücü ilə ordumuzun yanında olan Tural Zeynalov Şəmkir polisi tərəfindən həbs edilib. Tural Zeynalov Hələ də Şəmkir polis idarəsindədir.

Onlara məxsus Qala restoranı toy keçirilməsi ilə bağlı yoxlama keçirilən zaman qeyri-qanuni olaraq atası Allahverdi Zeynalov polis zərbəsindən başı silkələnib, ağ ciyəri zədə alıb. Həmçinin restoran işçisi və fəhlələrə qarşıda bibər qazından istifadə edilib. Allahverdi Zeynalovun xəsarətləri ilə bağlı artıq həkim yoxlaması keçirilib, həkim rəyi mövcuddur. Həmçinin Tural bəyin atası Allahverdi Zeynalov müvafiq dövlət instansiyalarını hadisə ilə bağlı məlumatlandırıb.

Qeyd edim ki, Tural Zeynalov son parlament seçkiləri zamanı 99 sayılı seçki dairəsindən millət vəkilliyinə namizəd idi.

Tural bəyə azadlıq, müvafiq instansiyalardan ədalət tələb edirəm.

Ceyhun Nəbi – Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Sözcü.az’ın regional müxbiri, araşdırmaçı yazar.

Facebook Comments