Qəzvində tarixi abidə dağılır

Avuc mahalının Voruq kəndində yerləşən və 500 ildən çox keçmişinin olduğu deyilən tarixi İmamzada Kəmaləddin türbəsi yerli əhalinin təşəbbüsü ilə 20 dəfədən çox təmir olunub.

Qəzvin əyalətinin Avuc mahalında yerləşən tarixi İmamzada Kəmaləddin türbəsi dəfələrlə tarixi əşya qaçaqçıları tərəfindən uçurdulub və orada qazıntılar aparılıb.

Avuc mahalının Voruq kəndində yerləşən və 500 ildən çox keçmişinin olduğu deyilən tarixi İmamzada Kəmaləddin türbəsi yerli əhalinin təşəbbüsü ilə 20 dəfədən çox təmir olunub.

Ancaq Mədəni İrs Təşkilatı və başqa əlaqədar qurumların laqeyd münasibəti nəticəsində tarixi abidənin yenidən acınacaqlı gündədir. Orada tarixi əşya qaçaqçılarının apardıqları qazıntılar. Başqa yerdən gələn oğruların abidəyə ciddi ziyan vurduqları yerli əhalinin əlaqədar məsullara etirazlarına səbəb olub.

Turist qismində abidəni ziyarət edən Müctəba Muradi “Mehr” xəbər agentliyinə verdiyi açıqlamada tarixi abidənin durumundan təəssüfləndiyini bildirərək qeyd edib ki, əhalinin Mədəni İrs Təşkilatı və başqa qurumları cavabsız qalıb.

Muradi Mədəni İrs Təşkilatının fəaliyyətini yarıtmaz sayaraq bildirib ki, “Mədəni İrs Təşkilatının yerli mümayəndəliyi bu abidə milli əsərlər siyahısında qeydiyyatdan keçmədiyi üçün onunla bağlı hər hansı tədbir görə bilmətik”-deyirlər-deyə məsulları tənqid edib.

Muradi qeyd edib ki, abidənin durumu ilə bağlı sənədlər hazırlayıb və fotolar, video görüntülərlə birlikdə Mədəni İrs Təşkilatına təqdim etmək istəyib. Ancaq oda başqaları kimi qurumun bağlı qapıları arxasında qalıb və müraciətinə əhəmiyyət verilməyib.

Qəzvin əyalətinin Mədəni İrs Təşkilatının başçısı Əlirza Xəzaili məsələ ilə bağlı verdiyi açıqlamada “bu tikili ölkənin və əyalətin milli əsərlər siyahısında qeydiyyatdan keçməyib, Onun tarixinin və keçmişinin dəyərləndirilməsi ilə bağlı araşdırılma aparılacaq. Bizcə ora imamzada deyil”-deyə, münasibət bildirib.

Facebook Comments