Messi rekordu təkrarladı

Argentina millisinin kapitanı Lionel Messi üçün Amerika kubokunun qrup mərhələsinin 3-cü turunun Paraqvayla oyunu (1:0) əlamətdar olub.

Sozcu.az “Opta”ya istinadən xəbər verir ki, bu matç 33 yaşlı hücumçunun yığmadakı 147-ci görüşü olub. Bununla da o, Argentina millisində ən çox oyuna keçirən Xavyer Maskeronun rekordunu təkrarlayıb.

Qeyd edək ki, Messi 2005-ci ildən Argentina millisinin əsas komandasında oynayır.

Facebook Comments