Mövlut Çavuşoğlu: “Ermənistan səhvlərindən dərs alıb sülhlə bağlı fürsəti dəyərləndirsin”

“Cənubi Qafqazda Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Hazırda sülh üçün fürsət yaranıb”.

Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu deyib

“Ermənistan keçmiş səhvlərindən dərs alıb bu fürsəti dəyərləndirsə, Azərbaycanla birlikdə biz də sərhədlərimizi açarıq, münasibətlərimizi normallaşdırıb ticari əlaqələr qurarıq.

Artıq Türkiyə logistika və nəqliyyat sahələri üzrə haba çevrilib, mərkəz olub. Amma bu günə qədər Ermənistan ancaq özünü təcrid edir”.

Facebook Comments