38 yaşlı müğənni süni nəfəs aparatına qoşulub

38 yaşlı müğənni Maksim süni nəfəs aparatına qoşulub.

Sozcu.az axşam.az-a istinadən bildirir ki, komada olan ifaçının səhhəti daha da ağırlaşıb. Bu haqda onun köməkçisi məlumat yayıb.

“Həkimlər yaxşı xəbərlər verirlər. Komaya salınmalı və aparata qoşulmalı idi ki, oksigen çatışmazlığı baş verməsin. İndi həkimlər onu ayağa qaldırmaq üçün çalışırlar” deyə, mənbə bildirib.

Həkimlər Maksimin pnevmoniyadan əziyyət çəkdiyini açıqlayıblar. Bir neçə gün əvvəl 40 dərəcə hərarətlə xəstəxanaya yerləşdirilən müğənninin Covid 19-a testi neqativ çıxsa da, həkimlər ağciyərin zədələndiyini deyib.

Facebook Comments