Bu maska ilə saçlarınız daha parlaq olacaq

Yumurta zəngin tərkibi ilə orqanizm üçün çox faydalıdır. Sadəcə qidalanmanızda deyil, gözəlliyiniz üçün də bu ərzaqdan istifadə edə bilərsiniz.

Sozcu.az axşam.az-a istinadən sizə saçları qidalandıraraq, uzanmasını təmin edən, eyni zamanda parlaqlaşdıran maska reseptini təqdim edir.

1 yumurtanın sarısı
1 fincan süd
1 ədəd limonun suyu
2 x.q zeytun yağı

Ərzaqları qarışdırın, saç diblərinə və uclarına çəkin. 30 dəqiqə saxladıqdan sonra yuyun.

Maskanı həftədə 1 dəfə etsəniz, qısa müddət sonra faydasını görəcəksiniz.

Facebook Comments