“Urmu Birlik Səsi” koalisiyası şəhər şuraları seçkilərində qalib gəldi

İyunun 18-də Urmuda şəhər və kənd şuraları seçkilərində “Urmu Birlik Səsi” qrupunun təklif etdiyi namizədlər qalib gəlib.

Verilən məlumata görə, hökumətin və mühacir kürdlərin, kürd təşkilatlarının bütün təxribatlarına baxmayaraq, Güney Azərbaycanın ziyalıları və mədəni fəallarının təklif etdiyi 11 nəfərlik siyahıda adı olan 9 yerli türk şəhər şuraları məclisinə seçilib.

Qeyd edək ki, hökumətin yerli orqanları, İraq kürdlərinin televiziya kanalları, kürd silahlı quruplaşmaları kürd namizədlərə dəstək verirdi.

Onların dəstəyinə, başqa şəhərlərdən çox sayda mənşəyi bilinməyən şəxslər kürd namizədlərə səs vermək üçün Urmu şəhərinə gətirilməsinə baxmayaraq, yalnız 2 mühacir kürd şəhər və kənd şuraları məclisinə yol tapa bilib.

Bununla yanaşı Urmu şəhərinin İcra Hakimiyyətinin verdiyi məlumata görə, alternativ üzvlüyə də 3 türk, 1 kürd seçilib.
Urmu İcra Hakimiyyətinin qalib namizədlərlə bağlı yayınladığı siyahı:

1.Mürtəza Mənafi – 43739 səs
2.Rəsul Əsğərzadə – 30927
3.Məhəmməd Xəlilpur – 30593
4.Hüseyn Pənahi – 30547
5.Nağı Kərimi – 29217
6.Mürtəza Piri – 26025
7.Əhəd Yusifi – 25102
8.Tumac Vəhidi Əfşar – 23584
9.Sasan İbrahimzadə – 21944
10.Sadiq Təvəkküli – 21678
11.Gülşən Novruzi – 21560

Alternativ üzvlər:

1.Mürtəza Bəhram – 21495
2.Yəqub Həsəni Gərgapur – 19087
3.Əli Mustafazadə – 18100

4.Tohid Əli Nəjad Əsl – 17899

Qeyd edək ki, ilk 11 nəfər “Urmu Birlik Səsi” qrupu tərəfindən təklif olunan namizədlərdir.

Facebook Comments