Azərbaycan elektrik enerjisinin ixracını artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın elektrik enerjisinin idxalı 76,6 mln. kVt-saat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 mln. kVt-saat və ya 23,2% çoxdur.

Energetika Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, ölkəyə elektrik enerjisi idxalı İrandan (14,4 mln. kVt-saat), Rusiyadan (39,3 mln. kVt-saat) və Gürcüstandan (22,9 mln. kVt-saat) edilib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 569,9 mln. kVt-saat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,7 mln. kVt-saat və ya 9,1% artıb. Belə, ki İrana 14,4 mln. kVt-saat, Türkiyəyə 12,7 mln. kVt-saat, Rusiyaya 39,4 mln. kVt-saat, Gürcüstana isə 503,4 mln. kVt-saat elektrik enerjisi ixrac edilib.

Son bir ay ərzində (may ayının nəticələrinə görə) elektrik enerjisinin ixracı 15,9 mln. kVt-saat (illik ifadədə 26,7% az), idxalı isə 29,3 mln. kVt-saat (67,4% çox) təşkil edib.

Facebook Comments