BMT-dən Myanma ilə bağlı hesabat: 1 milyon insan…

Myanmanın cənub-şərq əyalətlərində bu günə qədər qarşıdurmalar zamanı 160 min 400 mülki şəxs evini tərk edib.

Sozcu.az xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir.

Hesabatda qeyd olunub ki, hərbi çevrilişdən bu yana Myanmada baş verən qarşıdurmalar ölkə iqtisadiyyatına mənfi təsir edib. Bu səbəbdən təxminən 1 milyon insanın yardıma ehtiyacı var.

Bildirilib ki, Myanmada ehtiyacı olanlar üçün BMT-nin başlatdığı yardım kampaniyası çərçivəsində 944 min insana ümumilikdə 276 milyon dollar həcmində humanitar yardım çatdırılması planlaşdırılsa da, indiyə kimi 40 milyon dollar toplanıb.

Facebook Comments