İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türkiyə millisinin oyununu izləyir

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Avropa çempionatının A qrupunun Türkiyə – Uels matçını izləyir.

Sozcu.az-ın məlumatına görə, qarşılaşma Bakı Olimpiya Stadionunda (BOS) keçirilir.

Qeyd edək ki, Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib – 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub – 0:3.

Facebook Comments