Təbrizdə güclü partlayış: Ölən və yaralananlar var-FOTO

Güney Azərbaycanın mərkəzi Təbriz şəhərində güclü partlayış baş verib. Bu barədə Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya məlumat verib.

Hadisə bu gün səhər saatlarında Təbrizin Gülkar məhəlləsində baş verib.

Vəhid Şadiniya partlayışın qaz sızması nəticəsində baş verdiyini bildirib.

Onun bildirdiyinə görə, hadisə yerinə təcili tibbi yardım qrupu və xilasetmə dəstələri göndərilib.

Xilasedicilər dağıntılar altında ağır bədən xəsarətləri almış iki yaralını və həyatını itirən orta yaşlı bir kişinin cəsədini çıxarıblar.

Hal-hazırda dağıntılar altında axtarış-xilasetmə işləri davam etdirilir.

Facebook Comments