İlham Əliyev və xanımı Füzulidə…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfər ediblər.

Sozcu.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezident İlham Əliyevə hava limanında görülən işlər barədə məlumat verilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olub.

Dövlət başçısına avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar.

Dövlət başçısına su anbarının texniki göstəriciləri barədə məlumat verilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də yeni tikilən “Füzuli” yarımstansiyasının açılışında iştirak ediblər.

Dövlət başçısına 110/35/10 kilovoltluq yarımstansiyada görülən işlər barədə məlumat verilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Zəfər yolu üzərində inşa edilən körpüdə görülən işlərlə tanış olub.

Dövlətimizin başçısına körpünün texniki göstəriciləri barədə məlumat verilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub.

Dövlətimizin başçısına tunelin texniki göstəriciləri barədə məlumat verilib.

Facebook Comments