Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya
AÇIQ MƏKTUB:
Birbaşa mətləbə keçirəm. Şair-jurnalistəm. Qeyd edim ki, 25 ildir mətbuat sahəsində jurnalist kimi çalışıram. Çox böyük qürur hissilə vurğulayıram ki, şair kimi, jurnalist kimi, ziyalı xanım kimi dövlətə, VƏTƏNə xidmətim sözün əsl mənasında danılmazdır.
Dövlətimə, ana VƏTƏNimə ədəbiyyat adamı kimi, jurnalist kimi, ziyalı kimi, ən başlıcası isə VƏTƏNDAŞ kimi çox yüksək səviyyədə uzun illərdir ki, xidmət eləyirəm.
Ağdama, Füzuliyə, Tərtərə, Naftalana, Cəbrayılın Cocuq Mərcanlı kəndinə, Tovuza, Qazağa, Ağstafaya, Şəmkirə, Daşkəsənə, Göygöl rayonuna, Yuxarı Ağcakəndə, Aşağı Ağcakəndə, Bərdəyə, Beyləqana, Gəncəyə, Daşkəsənə, Toğanalıya, Əzgilli kəndinə, Murovdağa və cəbhəyanı bir çox rayon və kəndlərə, eləcə də cəbhənin ən qaynar nöqtələrinə dəfələrlə səfərlərim olub.
Vətəni qoruyan vətənpərvər zabit və əsgərlərimizin qarşısında çoxlu sayda tədbirlər keçirtmişəm və vətənpərvərlik mövzusunda çıxış etmişəm.
Qeyd edim ki, neçə illərdir şair-jurnalist kimi qələmimi süngüyə çevirib könüllü olaraq böyük qürur hissilə cəbhə bölgələrinə, sərhəd bölgələrinə səfər edirəm.
Vətənin gecə-gündüz keşiyində dayanan əsgərlərin qarşısında çıxışlarım olur. Şair kimi şeirlərimlə, jurnalist kimi çıxışlarımla Vətəni qoruyan igid oğulların ürəyində böyük həvəslə vətənpərvərlik ruhunu aşılayıram.
Vətənimə canım fəda! VƏTƏN yaşasın!
Nəzərinizə çatdırmaq istəyirəm ki, ailəmlə birlikdə paytaxt Bakı şəhərində yaşayıram. Amma çox təəssüf ki, mənzilim yoxdur.
Onu da diqqətinizə çatdırım ki, bu neçə illər ərzində ailə üzvlərimlə birlikdə 39 dəfə kirayə mənzillərə-zirzəmilərə köçmüşük.
Uzun illərdir ki, ailə üzvlərimlə birgə kirayə mənzildə, daxmalarda, yarımzirzəmilərdə min bir əzab içərisində ağrılı günlərlə, zülüm dolu, kommunal şəraiti olmayan çətin, dözülməz şəraitdə, ağrı-acılı günlərlə yaşayıram.
Ürək ağrısıyla qeyd edirəm ki, jurnalistlərə tikilmiş üç (3) hündürmərtəbəli-çoxmənzilli yaşayış binasında çox-çox təəssüflər olsun ki, mənə mənzil verilmədi.
Cənab Prezident İlham Əliyev!
Şair-jurnalist kimi VƏTƏNimə olan yüksək xidmətlərimi nəzərə alıb məni mənzillə təmin etməyinizi SİZdən çox-çox artıq dərəcədə bir daha xahiş edirəm.
Şair-jurnalist kimi sizdən çox xahiş edirəm, sənət və ədəbiyyat adamlarına, müğənni və xanəndələrə, musiqiçilərə, şair və yazıçılara, jurnalistlərə mənzil verdiyiniz kimi mənə də mənzil verin ki, neçə illərdir kirayələrdə yaşadığım soyuğ daxmada, yarıqaranlıq yarımzirzəmidə çəkdiyim çətinlikdən, əzab-əziyyətlərdən, məşəqqətli günlərdən nəhayət ki, canım qurtulsun.
P. S. Şair-jurnalist kimi ümid edirəm ki, müraciətimə müsbət cavab verəcəksiniz.
Şair-jurnalist
XATİRƏ ƏZİZ Rəhimli
Azərbaycan Yazıçılar Birliyinin üzvi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvi