“Eriksen az öncə votsap qrupuna mesaj göndərdi”

Avro-2020-nin qrup mərhələsinin ilk turunda Finlandiya ilə matçda huşunu itirən Danimarka millisinin üzvü Kristian Eriksenin son durumu haqda onun klubu “İnter”dən açıqlama verilib.

Sozcu.az xəbər verir ki, klubun baş direkotru Cüzeppe Morata İtaliya mətbuatına bildirib ki, Eriksen “İnter”in votsap qrupuna mesaj yazıb:

“Kristian Eriksen az öncə “İnter”in votsap qrupuna mesaj göndərdi. Sağlamlıq vəziyyətinə görə nikbinik. Danimarka millisinin tibbi heyəti Eriksenin durumunun nəzarət altında olduğunu bizə bildirdi.

Qeyd edək ki, daha əvvəl isə Danimarka Futbol Federasiyası xəstəxanada olan Eriksenin danışa bildiyini və yaddaşının yerində olduğunu açıqlamışdı.

Facebook Comments