Biləsuvarda 17 yaşlı gənc bıçaqla qətlə yetirilib

Biləsuvar rayonunda 17 yaşlı oğlan bıçaqla qətlə yetirilib.

Sozcu.az-ın verdiyi məlumata görə, rayonun Ağayrı kəndində yaşayan 2004-ci il təvəllüdlü Sadiq Namiq oğlu Abıyev ilə Biləsuvar şəhər sakini olan Məhəmməd Fərəcli arasında yaranan mübahisə qətllə nəticələnib. S. Abıyev bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə nəticəsində ölənin həmkəndlisi, 2005-ci il təvəllüdlü Nurlan Rüstəmov da xəsarət alıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.

Qətli törədən şəxs artıq saxlanılıb.apa

Facebook Comments