Azərbaycan nefti həftə ərzində 2,4% bahalaşıb

Həftə ərzində (7-11 iyun) dünya bazarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 73,11 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,58 dollar və ya 2,2% çoxdur.

Sozcu.az-ın məlumatına görə, həftə ərzində ən yüksək göstərici (V gün) – 73,98 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 72,24 dollar səviyyəsində olub.

Həftə ərzində Azərbaycan neftinin qiyməti 1,74 dollar və ya 2,4% artıb.

Facebook Comments