Dünya iqtisadiyyatı dollarsız mümkün deyil – “Blumberq”

Amerikanın arsenalında özünün strateji və iqtisadi rəqiblərinə qarşı ən effektiv silah Amerika dollarıdır.

Sozcu.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb.

“Rusiya etiraf edir ki, müasir cəmiyyət dollarsız artıq çalışa bilməz. Bütün mərkəzi bankların rezervlərini 60%-i, beynəlxalq tranzaksiyaların 88%-i dollarla həyata keçirilir. Pandemiyanın başlanğıc mərhələsində məhz ABŞ Federal Rezerv Sistemi dünya maliyyə sistemini ayaqda saxlayırdı.

Dolların üstünlüyünün sarsılmaz olduğunu söyləmək olmaz. ABŞ-da rekord büdcə defisiti valyuta sayında özünü göstərir. Dollar əvvəlki kimi mərkəzi bankların rezervlərində əsas yeri tutur, amma onun payı son 25 ilin minimal səviyyəsinə enib. Pekinin yuanın möhkəmləndirilməsi strategiyası xüsusi nəticələr verməyib, amma o, uzun müddətə hesablanıb. Gözlənilir ki, Çinin ÜDM-si ilin sonunda ABŞ-ı üstələyəcək. İqtisadiyyatın həcmi o qədər də vacib olmaya bilər. Dünyada iqtisadiyyatların yarıdan çoxu dollar ətrafında dönür, burada o daha stabildir. Avropada dollar və avro arasında sərhəd şərqə doğru hərəkət edir, amma iqtisadi artımın olduğu Asiya dollardan asılı olaraq qalır”, – deyə agentlik qeyd edib.

Facebook Comments