Fransa bu ölkəyə hərbi yardımı dayandırdı

Fransa Mərkəzi Afrika Respublikası ilə hərbi əməkdaşlığı dayandırıb.

Sozcu.az xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada Banqui rəhbərliyinin bir neçə dəfə siyasi müxalifətə və ölkədə kütləvi dezinformasiya kampaniyasının hədəfi olan Fransaya qarşı mövqeyi barəsində verdiyi sözləri tutmadığı bildirilib.

Mərkəzi Afrika Respublikasına edilən 10 milyon avroluq büdcə yardımının da növbəti əmrə qədər dondurulduğu vurğulanıb.

MAR xalqını birbaşa təsir edən təxminən 6 milyon avroluq humanitar yardım layihələrinin davam edəcəyi bildirilib.

Facebook Comments