Arustamyan qeydə alındı: Bakı etiraz edəcək?

Bakıda keçiriləcək Avro-2020 matçına gəlmək üçün Rusiyanın Matç TV kanalının şərhçisi Nobel Arustamyanın önündə heç bir maneə qalmayıb, UEFA ona akkreditasiya verib.

Sozcu.az xəbər verir ki, bununla bağlı Rusiya XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova hətta UEFA-ya təşəkkür də edib.

“Əla, UEFA, təşəkkür! Davam edək”, – Zaxarova yazıb.

Qeyd edək ki, Matç TV kanalının şərhçisi Nobel Arustamyana akkreditasiya verilməməsi ətrafında süni qalmaqal cəhdi olmuşdu. AFFA isə icraçı vitse-prezidenti Elxan Məmmədovun simasında açıqlama verərək, onun UEFA-ya müraciət etməli olduğunu xatırlatmış, eyni zamanda, Arustamyanın Azərbaycanın ərazi bütövlüyünə şübhə etdiyini, Bakıdan icazəsiz Qarabağa səfər etdiyini bildirmişdi.

Maraqlıdır, AFFA onun akkreditasiyasının ləğvinə çalışacaqmı? Yoxsa ərazi bütövlüyümüzə şübhə edən və millətçi kimi tanınan rusiyalı erməni Bakıya gələcək?

Facebook Comments