Xamenei öldürülüb? - Daha bir məlumat yayıldı

İsrail İranın dini rəhbəri Ayətullah Seyid Əli Xameneinin hücum nəticəsində böyük ehtimalla həlak olduğunu hesab edir. Sozcu.az xəbər verir ki, bu barədə “Kanal 12” mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu xəbər onun iqamətgahının peyk görüntülərində dağıdılması faktına deyil, adı açıqlanmayan mənbələrdən əldə edilən məlumatlara əsaslanır. Qeyd edək ki, bundan öncə də yayılan məlumatda Xameneinin öldürüldüyü bildirilsə də, İran bu xəbəri təkzib edib.

Əli Şamxani öldürüldü - KİV

İranın ali dini lideri Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani İsrailin hücumları nəticəsində öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

BƏƏ-dən İrana xəbərdarlıq: Ağır nəticələri olacaq!

İranın BƏƏ ərazisinə hücumları davam edəcəyi təqdirdə, bunun ağır nəticələri olacaq. Sozcu.az “Əl Cəzirə“ telekanalına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyi bəyanat yayıb. XİN Körfəz ölkələrinə istənilən hücumun bütün regionda stabillik və təhlükəsizliyə hücum olduğunu bəyan edib. Bəyanatda tərəflər diplomatik həll yoluna dəvət edilib. Xatırladaq ki, daha əvvəl İran ballistik raketlərlə BƏƏ-dəki Əl-Cəfrə aviabazasına zərbələr endirib. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

Makrondan İrandakı gərginliyə sərt reaksiya...

ABŞ, İsrail və İran arasında müharibənin sülh və beynəlxalq təhlükəsizlik üçün ciddi nəticələrə səbəb ola bilər. Sozcu.az CNN-ə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. E.Makron mövcud eskalasiyanı hamı üçün təhlükəli adlandıraraq, gərginliyin dərhal dayandırılmasının vacibliyini vurğulayıb: “Regionda vəziyyətin daha da pisləşməsi qlobal təhlükəsizliyə mənfi təsir göstərə bilər”. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

Prezident olsayım müharibə olmazdı - Bayden

Əgər mən prezident olsaydım, bu müharibə olmazdı! Sozcu.az xəbər verir ki, bunu ABŞ-nin eks-prezident Co Bayden bildirib. Qeyd edək ki, Co Bayden ABŞ-nin 46-cı prezidentidir. Onun dövründə Rusiya-Ukrayna müharibəsi başlayıb və hələ də davam edir. 

"Atam sağ-salamatdır" - Pezeşkianın oğlu

İran Prezidenti Masud Pezeşkianin oğlu Yusif Pezeşkian "Mehr" agentliyinə açıqlamasında bildirib ki, atam sağ-salamatdır və başına yönələn sui-qəsd cəhdi uğursuz olub. *** 11:43 Pezeşkian hücumlardan zərər çəkməyib. Sozcu.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb. "İran prezidenti İsrail və ABŞ-nin hücumları nəticəsində xəsarət almayıb" - deyə açıqlamada bildirilib. 

ABŞ hələ belə hücum görməyib - KİV

ABŞ tarixində ilk dəfə xarici bazalarına eyni anda genişmiqyaslı hücumlarla üzləşir. Sozcu.az xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzetinin ABŞ-lı bir rəsminə istinadən verdiyi məlumata bildirilir.  Qeyd edilib ki, ABŞ indiyə qədər xaricdəki bazalarına qarşı belə genişmiqyaslı və eyni anda həyata keçirilən hücumlarla qarşılaşmayıb.

İsrail KİV: Xameneinin ofisi tamamilə dağıdıldı

10:51 Tehranda İranın ali rəhbəri Ayətullah Əli Xameneinin işçi ofislərinin yerləşdiyi ərazinin yaxınlığına zərbə endirilib. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı İsrail mediası yayıb. Zərbənin miqyası və itkilər barədə hələlik rəsmi açıqlama verilməyib. Qeyd olunur ki, zərbə strateji əhəmiyyətli zonaya endirilib. Bölgədə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. *** İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin ofisi tamamilə dağıdılıb. Bu barədə anonim İsrail rəsmisi Kanal12-yə danışıb. Onun sözlərinə görə, Xameneinin həmin vaxt orada olduğu məlum deyil. Mənbə İranın bütün əsas liderlərinin hədəf alındığını qeyd edib.

Xamenei və Pezeşkian hədəf alınıb, nəticə məlum deyil

İsrailin İrana hücumlarında İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei və Prezident Məsud Pezeşkian hədəf alnıb. Sozcu.az xəbər verir ki, bu barədə anonim İsrail rəsmisi "Tams of İsrail"ə danışıb. Bildirilib ki, İranın ali hərbi və siyasi rəhbərliyi hücumların hədəfində olub. Lakin hələlik hücumların nəticələri bilinmir. Qeyd edək ki, bundan əvvəl İran mediası Pezeşkianın öldürülməsi ilə bağlı iddiaları təkzib edib. "Röyters" isə Xameneinin Tehranda olmadığını və təhlükəsiz yerə köçürüldüyünə dair məlumat yayıb.

İran bu ölkələrdəki ABŞ hədəflərini vurdu

İran ordusu Bəhreyn və Qətərdəki ABŞ hədəflərinə hücumlar edib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları görüntülər paylaşıb. Qeyd olunub ki, Qətərdəki “Əl-Udeyd” hava bazası hücuma məruz qalıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

Əziz Nəsirzadə və Qulamhüseyn Möhsün Ejei öldürülüb - KİV

İsrailin hücumları nəticəsində bu ölkənin müdafiə naziri Əziz Nəsirzadə və məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsün Ejei öldürülüb. Sozcu.az xəbər verir ki, məlumatı İsrail mediası yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

Tramp: İran HDQ-ni məhv edəcəyik, küçələrə çıxmayın!

12:03 İranlılar İraqda yüzlərlə amerikalı əsgəri öldürüblər. Bu, kütləvi terror idi və biz artıq buna dözməyəcəyik. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İran xalqına müraciətində deyib. “İran dünyada terrorizmin ən böyük sponsorudur. Onların heç vaxt nüvə silahı olmayacaq. Biz İranın hərbi-dəniz qüvvələrini məhv edəcəyik. Əmin olacağıq ki, onların proksi qüvvələri artıq bizim əsgərlərimizə hücum etməyəcək. Zəmanət verəcəyik ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq. Biz danışıqlar masasına oturduq, amma onlar hər şeydən imtina etdilər. Onlar sadəcə vaxt udmaq istəyirdilər və bütün fürsətləri itirdilər. Biz onların raketlərini məhv edəcəyik. İran polisinə və təhlükəsizlik qüvvələrinə deyirəm, dərhal silahı yerə qoyun, əks halda sizi qaçılmaz ölüm gözləyir”, - o bildirib. Tramp İran xalqına “azadlıq” vəd edib: “İran xalqı ümün azadlıq saatı yaxınlaşır. Evdə qalın və küçəyə çıxmayın, küçə təhlükəlidir. Biz işimizi bitirəndə hakimiyyəti öz əlinizə alacaqsınız. Bu, rejimi devirmək üçün sizin yeganə şansınız olacaq”. Qeyd edək ki, İsrail İrana qabaqlayıcı zərbələr endirməyə başladığını elan edib. ABŞ lideri Tramp Amerika ordusunun bu əməliyyatda iştirak etdiyini açıqlayıb.

Hizbullah İsrailə hücum edəcək - KİV

Hizbullah və Yəməndəki husilərin İsrailə qarşı hücumlara başlayacağı iddia olunur. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

İran Təl Əvivi vurdu

İran ordusu İsrailin paytaxtı Təl Əvivə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

Trampdan İran xalqına müraciət: Əməliyyatlardan sonra...

ABŞ Prezidenti Donald Tramp İran xalqına müraciət edib. Sozcu.az xəbər verir ki, o, İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib. “Çox güman ki, bu, sizin yeganə şansınız olacaq”, - Tramp qeyd edib.

Pezeşkian hücumlar nəticəsində xəsarət alıb?

İran Prezidenti Məsud Pezeşkian İsrail və ABŞ-ın hücumları nəticəsində xəsarət almayıb. Sozcu.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

İranın İsrailə qarşı əməliyyatının adı...

Xəbər verdiyimiz kimi, İsrail səhər saatlarında qarşı qabaqlayıcı zərbələr endirməyə başlayıb. Sozcu.az İran mediasına istinadən xəbər verir ki, buna qarşılıq olaraq İranda əməliyyatlara başlayıb. Məlumata görə, İranın İsrailə qarşı raket əməliyyatının adı “Fateh Khyber” (Xeybərin fəthi) adlanır.

İran ordusunun baş komandanı öldürüldü

İran ordusunun baş komandanı Əmir Hatəminin öldürüldüyü iddia olunur. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

ABŞ İranda genişmiqyaslı əməliyyatlara başladı - Tramp

ABŞ İranda genişmiqyaslı döyüş əməliyyatlarına başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib. “Qısa müddət əvvəl İranda mühüm hərbi əməliyyatlara başladıq. Məqsəd ABŞ vətəndaşlarını İrandan gələ biləcək təhdidlərdən qorumaqdır”, - Tramp bildirib. Qeyd edək ki, daha əvvəl İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

İrana hücum: Təbrizdə də partlayış səsləri eşidilir

İsrailin İrana hücumu zamanı Tehranla yanaşı, başqa şəhərlər də hədəfə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. Qeyd olunub ki, İsfahan, Qum, Lorestan, Kirmanşah, Təbriz, Kərəcdə də partlayış səsləri eşidilib.

Xamenei Tehranda deyil - KİV

İranın ali lideri Əli Xamenei paytaxt Tehranda deyil. O, təhlükəsiz yerə köçürülüb. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat verib. Qeyd edək ki, bu gün səhər saatlarından İsrail və ABŞ qüvvələri İrana zərbələr endirməyə başlayıb.

Qum şəhərində nüvə obyektinə hücum edildi

İranın Qum şəhərində nüvə obyektinə hücum edilib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

ABŞ İsraillə birgə İrana zərbələr endirir

ABŞ İsraillə birgə İrana zərbələr endirir. Sozcu.az xəbər verir ki, bunu ABŞ rəsmisi “Əl Cəzirə” telekanalına bildirib. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

Xameneinin ofisinin yerləşdiyi ərazi də vuruldu

Tehranda İranın ali rəhbəri Ayətullah Əli Xameneinin işçi ofislərinin yerləşdiyi ərazinin yaxınlığına zərbə endirilib. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı İsrail mediası yayıb. Zərbənin miqyası və itkilər barədə hələlik rəsmi açıqlama verilməyib. Qeyd olunur ki, zərbə strateji əhəmiyyətli zonaya endirilib. Bölgədə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.