“Balkan şahini” Tiflisdən Rusiyaya mesajı verdi

Gürcüstanın ABŞ-dan daha güclü tərəfdaşı yoxdur.

Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Filip Riker deyib.

“Prezident dəqiq şəkildə bəyan edib ki, biz Rusiya ilə daha stabil və müəyyən oluna bilən münasibətlərə can atırıq. Biz dayanmırıq və susmuruq. Biz həmişə Rusiyanın fəaliyyətləri haqqında ucadan danışacağıq. Bunlar arasında Gürcüstan ərazilərinin 20%-nin işğalı da var. Ağ Evin mesajı budur ki, biz Gürcüstanın avroatlantik inteqrasiya yolunda çox möhkəm tərəfdaşı olaraq qalırıq”, – deyə o bildirib.

Facebook Comments