Arazın o tayında “yaşa Azərbaycan” səsləri-VİDEO

İyunun 7-də Araz çayının Güney Azərbaycan sahilində güneyli gənclər mərasim keçirib.

Onlar müxtəlif milli rəqslər və mahnıları ifa edərək Azərbaycan Respublikasında dəstəklərini ifadə ediblər. Milli fəallar Tehran rejiminin müstəqil Azərbaycana qarşı qərəzli siyasətini qınayıb, Ermənistana verilən dəstəyə etiraz ediblər.

Araz çayının Qaraçılar kəndi yaxınlığında bir qrup milli-mədəni fəal tərəfindən başladılan tədbirə başqa kəndlərin gəncləri də qoşulub və birlikdə “Yaşa, yaşa Azərbaycan” mahnısını ifa ediblər.

Facebook Comments