Prokuror: Tufarqan Bələdiyyəsinin cinayət işi Şərqi Azərbaycanda ən böyük iqtisadi korrupsiya hadisələrindən biridir

O, “bunu nəzərəalaraq, bu cinayət işi xüsusi diqqət və həssaslıqla əyalətin İqtisadi Cinayətlər Məhkəməsində araşdırılır”-deyə, mətbuata açıqlama verib.

Tufarqanın(Azərşəhr) prokroru bu şəhərin bələdiyyə və şəhər şurasına qarşı açılan cinayət işini, müttəhimlərin sayına və korrupsiyanın həcminə görə, Şərqi Azərbaycan əyalətinin ən böyük və mürəkkəb məhkəmə işlərindən biri adlandırıb.

O, “bunu nəzərəalaraq, bu cinayət işi xüsusi diqqət və həssaslıqla əyalətin İqtisadi Cinayətlər Məhkəməsində araşdırılır”-deyə, mətbuata açıqlama verib.

Əkbər Əmrahi iyunun 6-da “İSNA” xəbər agentliyinə verdiyi açıqlamada bildirib ki, bu iş üzrə məhkəməyə cəlb etmə qərarı verilib. İş araşdırılır və yaxın günlərdə məhkəmənin son qərarı veriləcək.

Əmrahi bildirib ki, hal-hazırda Tufarqan bələdiyyəsinin korrupsiya şəbəkəsinin 12 üzvü cinayət məsuliyyətinə cəlb olunub. Ancaq korrupsiya halının yüksık olduğu və məsələnin qaranlıq tərəflərinin incələnildiyinə görə, daha çox şəxslərin məsuliyyətə cəlb olunacağı ehtimal edilir.

Əkbər Əmrahi korrupsiya faktına görə cinayət məsuliyyətinə cəlb olunanların sərbəst buraxılmaları ilə bağlı yayılan xəbərləri şayiə adlandırıb və bildirib ki, onlar girov qarşılığında məhkəməyə qədər müvəqqəti olaraq zəmanətə buraxılıblar.

O, araşdırmanın prosesinin uzanmasını korrupsiya faktları ilə bağlı yeni müraciətlərin olunması və cinayət işinin həcminin çoxluğu ilə əlaqələndirib.

Tufarqan şəhərinin prokroru bələdiyyənin keçmiş yüksək rütbəli rəhbərlərindən birinin cinayət məsuliyyətinə cəlb olunması sualına “bunu təkzib etmirəm, ancaq yaxın gələcəkdə bu barədə daha ətraflı məlumat veriləcək”-deyə, cavab verib.

Son aylar İranda, özəlliklə Azərbaycan əyalətlərində korrupsiya ilə bağlı həbslər artıb. Təbriz, Urmu, Soyuqbulaq, Tufarqan (Azərşəhr), Marağa və Tikantəpə şəhərlərində Şəhər Şurası və Bələdiyyə məsullarının bir neçəsi təhlükəsizlik və kəşfiyyat idarəsinin məmurları tərəfindən həbs edilib.

Korrupsiya İran rejimində kök atmış fenomendir. Beynəlxalq Şəffaflıq Təşkilatının yanvarın 28-də yaydığı hesabatına görə, İran dünyada ən çox korrupsiyaya bulaşmış ölkələrdən biri hesab edilib.

Facebook Comments