Ermənistanın sabiq təhlükəsizlik xidməti rəhbəri də Laçın keçidinə tərəf yollandı…-FOTO

“Müharibə bitdikdən sonra ilk dəfə ağır yaralanmış, lakin hər zaman canlı olan doğma Artsaxımıza istiqamət götürürük”

Sozcu.az xəbər verir ki, bunu qəsbkar Ermənistanın sabiq Milli Təhlükəsizlik Xidməti rəhbəri Artur Vanetsyan bu gün səhər saatlarında özünün “Facebook” səhifəsində yazıb. O, Qarabağa yollandığını bildirib.

Xatırladaq ki, A.Vanetsyan Paşinyan hakimiyyətə gələndən – 2018-ci ilin mayından 2019-cu ilin 16 sentyabrınadək MTX rəhbəri olub və istefa verdikdən sonra müxalifətə keçərək “Vətən” partiyasını təsis edib.

Hazırda o, terrorçu eks-prezident Serjik Sərkisyanın Respublika Partiyasının lideri olduğu “Şərəf duyuram” seçki blokunun siyahısında birinci yerdədir.

A.Vanetsyan Kremlin himayə etdiyi bir fiqur kimi də tanınır. Erməni mediasının yazdığına görə, 44 günlük savaş zamanı keçmiş MTX rəhbəri bir qrup tərəfdarı ilə Şuşanın müdafiəsinə yollanıb və sonradan Ermənistana qaçıb.

Facebook Comments