İrana ağır zərbə: BMT-də səsvermə hüququndan məhrum edildi

İran və Mərkəzi Afrika Respublikası (MAR) təşkilata ödənməmiş borclara görə BMT Baş Assambleyasında səsvermə hüququndan məhrum edilib.

Sozcu.az xəbər verir ki, bu, BMT baş katibi Antonio Quterreşin Assambleyanın sədri Volkan Bozkıra ünvanlanmış məktubundan bəlli olub.

Məktubda deyilir: “Hazırda BMT üzvü olan 5 dövlət Nizamnamənin 19-cu maddəsinin şərtlərinə uyğun olaraq borcludur”.

19-cu maddəyə görə, borclarının miqdarı əvvəlki iki il ərzində ondan alınacaq üzvlük məbləğinə bərabər və ya artıq olduqda, Baş Assambleyada səs verə bilməz.

İran və Mərkəzi Afrika Respublikası BMT-yə 16,25 milyon dollar ödəməlidir.

Facebook Comments