Bu ərazilərə qar yağır

Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 17:00-a olan məlumatında qeyd edilib. Belə ki, Bakı və Abşeron yarımadası, eyni zamanda Balakən, Gəncə, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Şirvan, Ağsu, Qax (Sarıbaş), Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Tərtər, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Ağdama yağış, Daşkəsən, Gədəbəy, Şahbuz, Şahdağ, Xınalıq, Quba, Qusar, Şəkiyə isə qar yağır. Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Qobustan, Qusar, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 200-500 metrədək məhdudlaşır.

Rusiya tatarları və başqırdları qırğına verir

Ukrayna ilə müharibədə 200.000-dən çox Rusiya hərbçisi həlak olub. Sozcu.az Mediazona və BBC tərəfindən təsdiqlənmiş məlumatlara əsasən xəbər verir ki, itkilər baxımından 2025-ci il Rusiya ordusu üçün ən qanlı il olub. Ötən il həlak olan 49.935 rus hərbçisinin adı təsdiqlənib, lakin məlumatlar gecikmə ilə daxil olduğu üçün nekroloq bazasında hələ də on minlərlə qeyd var. Həlak olan 122.700 hərbçi şəhər , 57.200 nəfər isə kənd sakini olub. Bir milyondan çox əhalisi olan böyük şəhərlər və qəsəbələr "müharibədən demək olar ki, təsirlənməyib": ölənlərin üçdə ikisi 100.000-dən az əhalisi olan şəhərlərdə yaşayırdı. Ölüm hallarının mütləq sayına görə, siyahının başında Başqırdıstan (7,7 min), Tatarıstan (6,8 min) və Sverdlovsk vilayəti (6,3 min) gəlir.Modern)

Sabah hava necə olacaq? - PROQNOZ

Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Günün birinci yarısında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-10° isti olacaq.

Ağdam sakini evində öldü tapıldı

Ağdamda evlərdən birində meyit tapılıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, meyitin 1958-ci il təvəllüdlü Yusif Asif oğlu Əliyevə məxsus olduğu bildirilir. Y.Əliyevin meyiti ötən gün saat 12 radələrində mərhumun Quzanlı qəsəbəsində yaşadığı evdə aşkar edilib. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Daha bir rayonda ehsan ləğv olundu

Azərbaycanın daha bir rayonunda yas mərasimlərində ehsan verilməsi ləğv olunub. Sozcu.az-ın xəbərinə görə, bu barədə rayonun ağsaqqalları və din xadimləri qərar qəbul edib.   Qərara əsasən, martın 1-dən Qaxın rayon mərkəzi və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Mərasimlərdə yalnız çay süfrəsi açılacaq. Qeyd edək ki, indiyə qədər Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən və başqa rayonlarda ehsan verilməsi dayandırılıb.Yenisabah)

Saxlanılan avtomobil ödənişdən dərhal sonra sahibinə qaytarılacaq

Duracağa gətirilən və saxlanılan nəqliyyat vasitəsi müəyyənləşdirilmiş haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq. Sozcu.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında”  qanun layihələrinin müzakirəsi zamanı bildirilib. “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılacaq. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayacaq. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyat vasitəsinin sahibinə qaytarılacaq. Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Həbsdə olan Şəmşad Ağanın bacısı da vəfat etdi

Həbsdə olan jurnalist, “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın bacısı Zəminə Ağayevə vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə onun yaxınları sosial media vasitəsilə məlumat yayıblar. Xatırladaq ki, ötən ayın 28-də jurnalistin anası, ötən il oktyabrın 12-də isə 18 yaşlı qardaşı qızı Səma Ağayeva dünyasını dəyişmişdi. Qeyd edək ki, Şəmşad Ağa ötən ilin fevral ayında “Meydan TV” işi üzrə saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Azərbaycanlı diaspor rəhbərinin Rusiya vətəndaşlığı ləğv edildi

İvanovo vilayətinin “Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Asif Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib. Bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, qərar Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən verilib. Buna səbəb kimi "milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlər" göstərilir. Qeyd edək ki, Asif Məmmədov 2025-ci ilin sentyabrında İvanovo Şəhər Dumasına namizədliyini irəli sürmək istəyib və namizəd kimi qeydiyyatdan keçib. Lakin bu məlumatın dərc olunmasından sonra yaranan onlayn qalmaqala görə İvanovo Seçki Komissiyası onun qeydiyyatını ləğv edib. Xatırladaq ki, Rusiyada azərbaycanlı diaspor təşkilatlarının rəhbərlərinin Rusiya vətəndaşlığının ləğv olunması məsələsi müntəzəm hal alıb. Belə ki, bundan öncə Rusiyanın Arxangelsk, Moskva, Ulyanovsk vilayətləri, Moskva şəhərinin və digər bir sıra regionlardakı diaspor rəhbərlərinin Rusiya vətəndaşlığı ləğv edilib.APA

Fuad Nağıyevin şiddətli töhmət almasına səbəb olan məmura hökm oxundu

Ötən ilin martında həbs olunan Dövlət Turizm Agentliyinin əməkdaşı Nicat Hüseynovun məhkəmə prosesi başa çatıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, məhkəmənin qərarına əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilən sabiq məmurun azadlığı 1 il 6 ay müddətinə məhdudlaşdırılıb. O, Dövlət Turizm Agentliyinin, Turizm siyasəti və strategiyası şöbəsinin, Təhsil və təlim sektorunun baş məsləhətçisi vəzifəsində işləyərkən dövlət qurumları arasında qapalı elektron sənəd dövriyyəsində olan sənədin yayılmasında ittiham olunub. Dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə edən Nicat Hüseynov keçən ilin martın 4-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmışdı. Nicat Hüseynovun həbsdə qaldığı müddət hesablandıqdan sonra onun üzərində 4 ay 2 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Qeyd edək ki, Nicat Hüseynovun həbsindən bir neçə gün öncə Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilmişdi. Bundan başqa, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılmışdı.

Türkiyəyə aparılan Rasim Balayevdən xəbər var - “Əvvəl dərman qəbul etmək istəmirdi, amma indi yaxşıdır...”

Bir neçə gün öncə, “Referans Medical Group”un hava ambulansı ilə Türkiyəyə aparılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin müalicəsi İstanbul Memorial Xəstəxanasında davam etdirilir. Bu barədə Pravda.az-a Əməkdar incəsənət xadimi Baba Vəziroğlu məlumat verib. O deyib ki, həkimlər Rasim Balayevlə bağlı müsbət rəy veriblər: “Deyirlər ki, hər şey yaxşı olacaq, müalicə effektini göstərəcək. Özü telefon istifadə etmir, həkim icazə vermir. Oğlu Ülvi ilə hər gün danışıram. Bu günlərdə müalicəsini bitirib Bakıya qayıdacaq. Şükür, yaxşıdır. Artıq yeməyini yeyir. Çünki bir müddət yemək yemək, dərman qəbul etmək istəmirdi. İndi yeməyini də yeyir, dərmanlarını da qəbul edir. Həkim deyir ki, elə buna görə də Rasim Balayev tezliklə sağalacaq”.

Müşfiq Abbasov həbs edildi

Bakı şəhər prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edilib. Sozcu.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsi prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib. Qərara əsasən, M.Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib. Qeyd edək ki, M.Abbasov əvvəllər də rüşvət alma ittihamı ilə həbsdə olub (Qafqazinfo.az).

Ukrayna Rusiyanın əsas neft stansiyasını vurdu

Ukrayna Tatarıstanın Almetyevsk şəhəri yaxınlığındakı “Kaleykino” neft nasos stansiyasına PUA zərbələri endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. “Zərbələr böyük yanğına səbəb olub. Ukrayna sərhədindən 1000 km-dən çox məsafədə yerləşən bu stansiya xam nefti birbaşa “Drujba” neft kəmərinə vurur. Obyekt Rusiyanın “Transneft” şirkətinə məxsusdur”, - məlumatda qeyd olunub.

Bu laqeydliyiniz bizi uçuruma aparır - Saleh Bağırov

Televiziya böyük təbliğat maşınıdır. Təəssüf ki, bu gün bu maşının sükanı naşıların, təsadüfi adamların, efirin müqəddəsliyinin və təsir gücünün nə olduğunu anlamayanların, dəyərlərimizi pul qazanmaq üçün ayaq altına atanların, aparıcılıq sənətinə xələl gətirənlərin əllərindədir. Ədəbsiz, nalayiq, tərbiyəsiz adamların "müğənni" statusunda efirlərdə meydan sulamasının, onlara qadağa qoyulmamasının, TV qapılarının hərəkətini, özünü bilməyən bu cür ünsürlərə, "müğənnilərə" açıq olmasının nəticəsidir yaşananlar. Ona görə mövcud durum bu haldadır! Sozcu.az xəbər verir ki, bu sözləri aparıcı Saleh Bağırov sosial media hesabında yazıb. O, televiziya rəhbərlərinə və aidiyyəti qurumlara səslənib: "Televiziya kanallarına rəhbərlik edənlər, aidiyyəti qurumlar, hamının gördüyünü, bildiyini həqiqətənmi görmür, yoxsa görməzdən gəlirsiniz?! Bu laqeydliyiniz bizi uçuruma aparır. Nədir məqsəd bu dərəcədə əxlaqsızlıq və mənəviyyatsızlığı təbliğ etməkdə? Niyə bütün imkanlar əlinizdə ola-ola bu tərbiyəsizliyin qarşısını almırsınız? Niyə qadağalar tətbiq olunmur? Ən acınacaqlı hal isə az sayda olan normal televiziyaların, peşəkar işçilərin, min bir zəhmətlə yaxşı verilişlərin ərsəyə gəlməsinə əmək qoyanların adlarının ümumi axının içində "hamısı eyni şeydir..." adı ilə hallanmasıdır. Heç kim erasının bitdiyini, onun sosial şəbəkələrə uduzduğunu deməsin. Belə olsaydı, bu gün televiziya müzakirələri bu cür geniş vüsət almazdı. Deməli, cəmiyyət normal televiziya arzusundadır!".

Burada hər 12 dəqiqəyə bir rus əsgər məhv edilir

Rus ordusu Zaporojye şəhərinə yaxınlaşmaq üçün irəliləməyə çalışır. Bu istiqamətdə sonuncu əsas maneə Ukrayna ordusu tərəfindən müdafiə olunan kiçik Stepnoqorsk kəndidir. Sozcu.az xəbər verir ki, bu barədə “Taym” nəşri yazıb. “Təxminən 20 000 rus əsgəri Stepnoqorska göndərilib və onlar 22 kilometr aralıda yerləşən Zaporojye istiqamətində şimala doğru irəliləmək niyyətində idilər. Bu kənd Konska çayı qarşısındakı son Ukrayna qalasıdır. Ruslar bu səddi keçə bilsələr, Zaporojye şəhərini artilleriya atəşinə tuta biləcəklər. Stepnoqorsk döyüşü elit bölmələr tərəfindən aparılır. Ruslar kəndə iki hava-desant diviziyası, bir motoatıcı diviziya və bir xüsusi təyinatlı briqada göndəriblər. Onların qarşısında isə sayları 7 dəfədən də az olan Ukrayna Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları, eləcə də piyada, dron və ərazi müdafiə bölmələri dayanıb. Bu kənddə bir rus əsgərinin orta ömrü 12 dəqiqə təşkil edir”, - nəşr bildirib.

Diqqət: bu yolda sürücüləri saxlayıb, pul tələb edirlər

Bakı-Ələt yolunda naməlum şəxslərin sürücüləri müxtəlif bəhanələrlə saxlayaraq pul tələb etdiyi bildirilir. Sozcu.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə iddialar Feysbuk sosial şəbəkəsindəki sürücü qruplarında paylaşılıb. Paylaşımda qeyd olunur ki, son günlər xüsusilə Bakının çıxışında, Qaradağ postunu keçdikdən sonra bəzi avtomobillər tərəfindən sürücülər hədəf alınır. Bildirilir ki, həmin şəxslər “benzinim bitib”, “rayona təcili adam göndərməliyəm” kimi müxtəlif bəhanələr gətirərək pul istəyirlər. Paylaşım müəllifi eyni ərazidə bir neçə sürücünün bənzər halla üzləşdiyini iddia edib. “Belə bir halla qarşılaşsanız, əsla avtomobildən düşməyin və sizi saxlayan maşının dövlət qeydiyyat nişanını dərhal hüquq-mühafizə orqanlarına bildirin. Xüsusilə ailəsi ilə yola çıxanlar diqqətli olmalıdır”, – deyə xəbərdarlıqda vurğulanıb. Digər bir sürücü isə şərh bölməsində analoji hadisə ilə rastlaşdığını yazıb: “Dünən Ələt yolunda eyni hadisə mənim də başıma gəldi. Bir "Elantra" markalı avtomobil dayanmadan işıq siqnalı (marqat) edirdi. Düşündüm ki, bəlkə tanışdır. Pəncərəni açanda dedi ki, Gəncədən gəlirəm. Niyyətini anlayan kimi ‘işinlə məşğul ol’ deyib uzaqlaşdım. Yenə arxamca düşüb işıq siqnalı verməyə başladı. Maşında dörd nəfər idik, avtomobili sağa çəkib saxlamaq istəyəndə dərhal gözdən itdilər”. Sürücülərə bu cür şübhəli hallarla rastlaşdıqda vaxt itirmədən "102" xidmətinə məlumat vermək tövsiyə olunur.

Bakıda küçədə qadın meyiti tapıldı

Bakıda 82 yaşlı qadın küçədə qəfil ölüb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə fevralın 22-sində Hövsan qəsəbəsi H.Quliyev küçəsi ev 20-nin qarşısında baş verib. Qəsəbə sakini 1944-cü il təvəllüdlü Qalina Aleksandrovna Solovyeva küçədə qəfil vəfat edib. Onun meyiti küçə sakinləri tərəfindən tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Faktla bağlı araşdırmalar aparılır.

Ağdərənin 4 kəndinə 63 ailə yola salındı

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində fevralın 23-də Ağdərə rayonunun Aşağı Oratağ, Heyvalı, Çapar, Çıldıran kəndlərinə növbəti köç yola salınıb. Sozcu.az xəbər verir ki, Tərtər şəhərindən yola salınan köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir. Bu mərhələdə Ağdərənin Aşağı Oratağ kəndinə 29 ailə - 141 nəfər, Heyvalı kəndinə 17 ailə - 84 nəfər, Çapar kəndinə 7 ailə - 22 nəfər, Çıldıran kəndinə isə 10 ailə - 46 nəfər köçürülür.

Məhkəmə həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verdi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb. Sozcu.az xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul olunub. Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Balakən Rayon İcra Hakimiyyətində DTX-nin keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev saxlanılıb. İslam Rzayev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham olunur. (Report)

Goranboyda peyvənd vurulan azyaşlı ölüb

Goranboyda azyaşlı ölüb. Fevralın 20-si Goranboy rayonunun Yuxarı Ballıqaya kənd sakini 2025-ci il təvəllüdlü N.Mirzəyevə kəndin ərazisində yerləşən tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub. Səhəri gün yəni fevralın 21-də azyaşlı iynənin təsirindən ölüb. Goranboy rayon prokurorluğu tərəfindən araşdırma aparılır./APA

Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996-2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Eyni zamanda, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Azərbaycanla sərhəddə faciə: əmiuşaqları yanaraq öldü

Ötən gün Azərbaycanla həmsərhəd Kaxetiya vilayətində faciə baş verib.  Sozcu.az xəbər verir ki, baş verən avtomobil yanğınında 3 yeniyetmə həlak olub. İlkin məlumatlara görə, Melaani kəndi yaxınlığında avtomobil aşıb və alovlanıb. Sükan arxasında olan 14 yaşlı oğlan və daha bir yeniyetmə maşından son anda çıxa bilib. Qalan üçü nəfər isə həlak olub. Ölənlərin əmiuşaqları olduğu bildirilir. 

Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaqlar

Onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələri ilə bərabər həm də “Lisenziyalar və icazələr haqqında” qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata keçiriləcək. Sozcu.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Onkoloji yardım haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata keçiriləcək. Onkoloji xəstələrin özəl tibb müəssisələrində müayinəsi və müalicəsi “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq həyata keçiriləcək.

Bakıda güclü külək əsir – Faktiki hava

Fevralın 22-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, fevralın 22-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olub. Düşən yağıntının miqdarı Tərtər, Lənkəran, Astarada 1 mm-dir. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 21 m/s-dək güclənir. Neft Daşları, Çilov adası, Şəki, Şəmkir, Neftçala, Lənkəran, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 200 metrədək məhdudlaşır. Fevralın 21-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 17, Aran rayonlarında 19, dağlıq rayonlarda 16 dərəcəyədək isti müşahidə olunub.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1460-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 259 780hərbçi, 11 694 ədəd tank, 24 069 ədəd zirehli döyüş maşını, 37 470 ədəd artilleriya sistemi, 1 652 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 303 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 348 ədəd helikopter, 79 500 ədəd avtomobil texnikası, 142 113 ədəd PUA, 4 314 qanadlı raket, 29 gəmi/kater, 2 sualtı qayıq, 4 073 xüsusi avadanlıq itirib.